d
Follow us

Ümumi Məlumatlar

Konqres Tarixi

Konqres 03-05 may 2023-cü il tarixləri arasında keçiriləcəkdir.

Konqresin Keçiriləcəyi Yer

“Baku Marriott Hotel Boulevard”, Konqres Mərkəzi

Hava limanı məsafəsi: 21 km

Transfer vaxtı: 30 dəqiqə

Konqresin Gündəliyi

Tezisin göndərmə və başlanma tarixi: 01 fevral 2023-cü il

Tezislərin təqdim edilməsi üçün son tarix: 01 aprel 2023-cü il

Tezis nəticələrinin elanı: 07 aprel 2023-cü il

Konqres Dili

Konqresin rəsmi dili azərbaycan dilidir (ingilis dilində ediləcək çıxışlar sinxron olaraq tərcümə ediləcəkdir).

Stend və Sərgi Sahələri

Əczaçılıq sənayesi və əlaqəli cihaz şirkətlərinin iştirak edəcəyi stendlər və sərgi sahələri 03 – 05 may 2023-cü il tarixləri arasında aşağıda göstərilən vaxtlarda iştirakçılar üçün açıq olacaq.

03 may 2023:   08:00 - 18:00

04 may 2023:   08:00 – 18:00

05 may 2023:   08:00 – 18:00
Yaxa kartı

Təhlükəsizlik baxımından bütün iştirakçılardan 03-05 may 2023-cü il tarixləri arasında Konqres Mərkəzinin girişində, elmi sessiya və nahar zamanı, stend sahələrində və digər sosial proqramlarda yaxa kartlarını taxmalarını xahiş edirik.

Dəvət Məktubu

Konqres Təşkilat Komitəsi istəyən iştirakçılara rəsmi dəvət məktubu göndərəcəkdir. Bu dəvət məktubu iştirakçının konqresdə iştirak üçün ehtiyac duyduğu maliyyə dəstəyi, viza və ya icazə almasında istifadə edilə bilər. Bu, Təşkilat Komitəsinin iştirakçılara maliyyə dəstəyi verməsi anlamına gəlmir. Dəvət məktubu iştirakçının qeydiyyatından sonra göndərilə bilər.

Konqresdə İştirak Sertifikatı

Bütün iştirakçılara Konqresin yekununda “Konqresdə İştirak Sertifikatı” veriləcək. Konqres Səhiyyə Nazirliyinin Davamlı Tibbi Təhsil Proqramı çərçivəsində akkreditasiya olunacaq.

Təşkilat Katibliyi

Təşkilat Komitəsi Mice Baku Konqresin rəsmi agenti təyin edib. Konqres çərçivəsində hər hansı müraciətiniz üçün Mice Baku (congress@micebaku.com) ilə əlaqə saxlamağınızı xahiş edirik.

 

Təşkilati katiblik: Ali Kapucu
Qeydiyyat: Ayşən Teymurova
Telefon: +994 99 885 23 07
Sponsorluq: Səmra Mövsümova
Telefon:+994 55 885 23 05 
Mükafat

AZKLMİB tərəfindən “AZLTK & Lab Expo 2023″üçün təsis edilən mükafatlar:

  1. Dosent Fətulla Yaqubov adına mükafat (Mikrobiologiya)
  2. Akademik Əbdüləhəd Həsənov adına mükafat (Biokimya)
  3. Akademik Zakir Qarayev adına mükafat (Mikrobiologiya)
  4. Professor Arif Əfəndiyev adına mükafat (Biokimya)

Mükafatlar əsas (məsul) müəllifi Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin üzvü olan və göndərdiyi tezisi şifahi və ya poster təqdimatları kimi qəbul edilən şəxslərə şamil edilir. Mükafatlar redaktorlar heyəti tərəfindən tezisləri seçilmiş 4 nəfərə təqdim ediləcəkdir.

 

Mükafatlandırma müraciətinin qiymətləndirilməsi üçün aşağıdakılar icra olunmalıdır:

Məqalənin “Tezis Göndər” səhifəsindən sistemə yüklənməsi;

Məsul müəllifin konqresə qeydiyyat prosesini tamamlaması;

Məsul müəllifin CV, müraciət forması və qeydiyyat qəbzinin info@azklmib.az ünvanına göndərilməsi;

Poster və ya şifahi təqdimat başqa elmi platformada təqdim edilməməli;

Mükafatlar konqresin açılışında təqdim ediləcəkdir.